Azərbaycan Premyer Liqasında 19-cu tura bu gün yekun vurulacaq.
Qaynarinfo-nun məlumatına görə, sonuncu oyun günündə daha iki görüş keçiriləcək.
Əvvəlcə "Şamaxı" "Səbail"i qəbul edəcək. Komandalar indiyədək Premyer Liqada 21 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 21:21.
Turun son matçında "Sabah" "Neftçi" ilə qarşılaşacaq. Tərəflər bu vaxtadək ölkə çempionatlarında 17 dəfə görüşüblər. Bunların 12-də "Neftçi", 3-də "Sabah" meydanı 3 xalla tərk edib. Topların nisbətində qonaqların üstünlüyü nəzərə çarpır - 31:13.
Azərbaycan Premyer Liqası
XIX tur
26 yanvar (cümə axşamı)
14:00. "Şamaxı" - "Səbail"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov
VAR hakimləri: Vüqar Həsənli, Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu.
19:00. "Sabah" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev
VAR hakimləri: Elçin Məsiyev, Eyyub İbrahimov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena".
Turun əvvəlki oyunlarında "Kəpəz" evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, "Qarabağ" səfərdə "Turan Tovuz"a 3:2, "Zirə" isə evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.
"Qarabağ" - 53, "Sabah" - 43, "Neftçi" - 38, "Zirə" - 31, "Qəbələ" - 26, "Turan Tovuz" - 17, "Kəpəz" - 13, "Şamaxı" - 13, "Sumqayıt" - 12, "Səbail" - 10
Səbuhi Həsənov
Şərhlər