İdman 13:09 03.12.2022

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında bu gün 16-cı turun daha iki oyunu keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "Qəbələ” "Səbail”i qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 10-da əyalət təmsilçisi, 5-də paytaxt klubu qələbə qazanıb. Topların nisbətində də "Qəbələ”nin üstünlüyü var - 35:20.

Digər matçda "Sabah” "Şamaxı”nı sınağa çəkəcək. Tərəflər bu vaxtadək Premyer Liqada 15 dəfə görüşüblər. Hər iki komandanın aktivində 5 qələbə varsa, qalan 5 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində "Şamaxı” cüzi üstünlüyə malikdir - 16:15.

Azərbaycan Premyer Liqası, XVI tur

3 dekabr

14:30. "Qəbələ” – "Səbail”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
VAR hakimləri: Rauf Cabarov, Kamran Bayramov 
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

17:00. "Sabah” – "Şamaxı”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR hakimləri: Nicat İsmayıllı, Zeynal Zeynalov
Hakim-inspektor: Vüsal Əliyev
"Bank Respublika Arena”

Turun ilk matçında aşağıdakı nəticə qeydə alınıb

"Neftçi" - "Qarabağ” 0:4
 
"Qarabağ" - 44, "Sabah" - 38, "Neftçi" - 32, "Zirə" - 23, "Qəbələ" - 21, "Turan Tovuz" - 16, "Şamaxı" - 11, "Səbail" - 10, "Kəpəz" - 10, "Sumqayıt" - 6 

Səbuhi Həsənov