Siyasət 15:58 05.06.2023

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi bilindi

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları iyunun 12-də başlayacaq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan arasında danışıqların növbəti raundu iyunun 12-də başlayacaq

Qaynarinfo xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a ER Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

O, qarşıdakı görüşün təfərrüatlarını açıqlamayıb və bunun daha sonra olacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda əvvəlki danışıqlar 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Alpər