Ölkə 10:35 10.03.2024

Azərbaycanda 16 yaşlı qız toyda alkoqollu içkidən şoka düşdü

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafinin kafi olduğu bildirilir.

Məlumata görə F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb.

Faktla bağlı araşdırma aparılır.