Ölkə 12:16 03.11.2023

Azərbaycanda eşşəklərin və atların sayı yenə azaldı

Azərbaycanda qoyunlar, keçilər, atlar, eşşəklər, camışlar və donuzların sayında azalma müşahidə olunub. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) Azərbaycanda kənd təsərrüfatı heyvanları ilə bağlı hesabatında qeyd edilib.

Rəsmi məlumata görə, yalnız dəvələrlə inəklərin sayında artım baş verib. 

2022-ci ildə qoyunların sayı 7.314.166 başdan 7.170.828 başa enib.

Keçilər 585.520 başdan 580.840 başadək azalıb.

Camışlar 60.781 başdan 56.966 başa düşüb.

Eşşəklər 21.047 başdan 20.020 başadək azalıb.

Atların sayı 58.396 başdan 56.576 başa enib.

Donuzların sayı 5.954 başdan 5.130 başa düşüb.

Dəvələrin sayı isə əksinə, 332 başdan 357 başa yüksəlib.

İnəklərin də sayı 1.227.215 başdan 1.231.862 başadək çoxalıb.

Qatırların sayı isə sabit qalıb – 100 baş.


Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda atlar həm kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında saxlanılırsa, eşşəklərlə bağlı vəziyyət fərqlidir.

Eşşəklər yalnız fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında saxlanılır. Kənd təsərrüfatı müəssisələri bu heyvanlara malik deyil.
 
Qatırlar da yalnız fərdi təsərrüfatlarda saxlanılır.

Dəvələr isə həm kənd təsərrüfatı müəssisələri, həm də fərdi təsərrüfatlarda saxlanılır.