Ekonomiks 18:52 01.02.2023

Azərbaycanda İran Bankı bağlanacaq? - Mərkəzi Bankdan açıqlama

Azərbaycanda İran Milli Bankının bağlanma ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirilib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən İran bankının (Bank Melli İranın Bakı Filialı) bağlanması ilə bağlı AMB-yə hər hansı müraciət daxil olmayıb.