Ölkə 16:20 19.09.2023

Azərbaycanda “TikTok”a giriş məhdudlaşdırıldı (YENİLƏNİB)

Azərbaycanda "TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Qaynarinfo-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat verib.

"19 sentyabr tarixindən Azərbaycan ərazisində "TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır" - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

14.54
 
Azərbaycanda "TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İstifadəçilər bunu feyk xəbərlərin yayılmasının qarşısının alınması ilə əlaqələndirirlər.