Xəbər lenti

Ölkə 15:58 28.01.2024

Azərbaycanda vəzifəli şəxs vəfat edib (FOTO)

Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri vəfat edib.

Ölkə.Az xəbər verir ki, Miqrant Şurasının sədri Gökhan Çoban xərçəng xəstəliyindən dünyasını dəyişib.

Məlumata görə, müalicə aldığı "Emsay" xəstəxanasında vəziyyəti ağırlaşan G.Çoban bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, o daha əvvəl də Rabitəbank ASC-də Pərakəndə Bankçılıq Departamenti Direktorun müşaviri olaraq işləyib.

G.Çoban 2022-ci ilin dekabrda Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri seçilmişdi.

10 ildən çoxdur Azərbaycanda yaşayan G.Çoban azərbaycanlı xanımla evli idi. 

O, daha əvvəl xərçəng xəstəliyinə qalib gəlsə də, sonra yenidən bu xəstəlik onda baş qaldırmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->