Siyasət 09:23 23.09.2023

Azərbaycanın XİN başçısı BMT-nin Baş katibi ilə görüşəcək

BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə report-a BMT Baş katibinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün baş tutacaq görüşdə BMT və Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərin müzakirəsi nəzərdə tutulub.