Maqazin 11:00 15.01.2023

Azərbaycanlı aparıcı plastik cərrahla evlənir (FOTOLAR)

Aparıcı Çinarə Əliyevanın evlilik təklifi alması təsdiqlənib.

Bu barədə OLAY-a onun nişanlısı plastik cərrah Ruslan Rəsul məlumat verib.

O, yayılan xəbərlərin doğru olduğunu vurğulayıb. Bundan əlavə R. Rəsul instaqramda Çinarəylə bağlı post paylaşıb.

"Həyatıma xoş gəldin, gülüm. Sevmək – birinə həsr olunmaqdır. Birindən ötrü çiçəklənmək, birindən ötrü açılmaqdır, birinin ömrünə yaz kimi gəlməkdir”, - deyə, Ruslan qeyd edib.