Ölkə 12:50 15.03.2022

Azərbaycanlı məktəblidən böyük uğur: Məşhur universitetə təqaüd qazandı (FOTO)

Azərbaycanlı məktəbli dünyanın məşhur universitetinə təqaüd qazanıb.

Qaynarinfo xəbər verir ki, həmin şagird Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi, olimpiada qalibi Salman Hüseynovdur.

O, dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetində (MIT) təhsil alacaq.