Xəbər lenti

Foto 21:26 15.04.2024

Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth etdi (FOTO)

Mərakeşdə yaşayan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (İCESCO) çalışan azərbaycanlı Müsəllim Əfəndiyev Mərakeş Krallığının Toubkal (4167 metr) zirvəsini fəth edib.

Qaynarinfo xəbər verir ki, 12-14 aprel tarixlərində həmyerlimiz və bir neçə yerli hiking həvəskarları müvəffəqiyyətlə Toubkal Milli Parkında yerləşən, Şimali Afrikanın və eyni zamanda Ərəb dünyasının ən hündür zirvəsi olan, Mərakeş Krallığının Toubkal yüksəkliyinə qalxıblar.

Həmyerlimiz dəniz səviyyəsindən 4167 metr yüksəklikdə olan Toubkal dağının zirvəsini fəth edərək Azərbaycanın Bayrağını dalğalandırıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?