Xəbər lenti

Video 17:23 25.01.2024

Azərbaycanlı müğənni "Range Rover"ni bu qiymətə satır (FOTO/VİDEO)

Müğənni Əlikram Bayramov bahalı avtomobilini satışa çıxarıb.

Sənətçi "Range Rover" markalı maşınını 40 000 dollara (təxminən 68 000 AZN) təklif edir.

Bu barədə ifaçı "7 tamam" verilişinə qonaq olan zaman bildirib. Bayramov qeyd edib ki, avtomobili satdıqdan sonra yenisi ilə əvəz edəcək.

Müğənni bu maşını oğlu Qalib universitetə daxil olanda ona hədiyyə edib.

Avtomobil 2012-ci il istehsalıdır. Efir zamanı maşına alıcı çıxıb. İfaçının oğlu Qalib avtomobili ona 38 000 dollara (təxminən 64 600 AZN) satmağa razı olub. Alıcı isə ondan qiyməti biraz da endirməsini istəyib. 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->