Sənət 11:12 26.04.2023

Azərbaycanlı şair Avropa Yazarlar Assosiasiyasının Asiya bölməsinin prezidenti seçildi

Şair Ümid Nəccari Belçikada yerləşən Avropa Yazarlar Assosiasiyasının Asiya bölməsinin prezidenti və BOGDANİ  Beynəlxalq Yazarlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə iwabogdani.org saytı məlumat verib.

O, "çox möhtəşəm və qürurverici bir xəbəri” paylaşdığını qeyd edib.

"BOGDANI Beynəlxalq Yazarlar Assosiasiyası xüsusi qərarla cənab Ümid Nəccarinin Asiya üzrə IWA Bogdani Assosiasiyasının prezidenti təyin edilməsinə qərar verib.
 
Qərar 26 aprel 2023-cü il tarixində qüvvəyə minir. Cənab Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib", - məlumatda deyilir.

Ümid Nəccari 15 aprel 1989-cu ildə Təbrizdə anadan olub. Beynəlxalq Yazıçılar Birliyinin İVA Boqdani və Dünya Gənc Türk Yazarlar Birliyinin fəal üzvüdür.

Alpər