Foto 10:02 20.04.2023

Azərbaycanlı tələbədən böyük uğur: 16 universitetindən təklif alıb (FOTO)

ADA Universitetinin Hüquq fakültəsinin tələbəsi Ayxan Dadaşov dünyanın ən qabaqcıl 16 universitetindən (American University, University of Cambridge, University of California, Berkeley, London School of Economics (LSE), King’s College London, Northwestern University, University of Pennsylvania, Georgetown University, Cornell University, University of Michigan Ann Arbor, University College London (UCL), Queen Mary University of London, Durham University, University of Bristol, University of Nottingham, University of Amsterdam) magistr dərəcəsi üzrə qəbul təklifi alıb.

Qaynarinfo xəbər verir ki, Ayxan Dadaşov magistr təhsilini beynəlxalq hüquq ixtisası üzrə Amerika Universitetində (American University LL.M. in International Legal Studies) almaq qərarına gəlib. O, həmçinin, akademik və professional göstəricilərə görə məhdud sayda tələbəyə verilən "Global Talent Development” təqaüdünə layiq görülüb.

Hədəfləri isə bəllidir - beynəlxalq hüquq ixtisası üzrə Amerika Universitetində yüksək təhsil alıb gələcəkdə Azərbaycanı xaricdə layiqincə təmsil etmək, dövlətə, dövlətçiliyə və xalqa ləyaqətlə xidmət etməkdir.

Orta məktəbi qızıl medalla bitirən, Prezident təqaüdçüsü Ayxan Dadaşov universitetdə təhsil aldığı müddət ərzində akademik göstəricilərinə görə müxtəlif təqaüdlərə layiq görülüb. O, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsində, rayon (şəhər) məhkəmələri və prokurorluqlarında, AMADA, "Ekvita”, "Baker Tilly” kimi şirkətlərdə təcrübə proqramlarında iştirak edib və həmin proqramları uğurla başa vurub.