Xəbər lenti

Ekonomiks 18:05 19.04.2024

Azercell-in dəstəyilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır

"Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən "Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər. 

Adı çəkilən sahələrdə baza biliklərinə sahib olan tələbələr  üç nəfərlik qrup formalaşdıraraq ərizələrini https://hackathon.ufaz.az/registration/ platformasında may ayının 6-dək təsdiq etməlidirlər.  İlkin dəyərləndirmə prosesi bitdikdən sonra 30  komanda hakatonun final mərhələsində ozünü sınamaq imkanı əldə edəcək. Hakaton 18-19 may tarixlərində UFAZ-da baş tutacaq və qaliblər may ayının 27-də açıqlanacaq. İlk üç yerin sahibləri dəyərli hədiyyələrlə təltif olunacaqlar. 

Azercell və UFAZ-ın birgə səyləri nəticəsində ərsəyə gələn bu layihə texniki bilikləri və innovativ ideyaları ilə seçilən istedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına öz töhfəsini verir. Qeyd edək ki, "Techcell” bu tərəfdaşlıq çərçivəsində həyata keçən sayca üçüncü hakatondur.
 
Tələbələr hakaton haqqında daha ətraflı məlumat, qiymətləndirmə meyarları və qeydiyyat qaydaları ilə https://hackathon.ufaz.az saytında tanış ola, bütün suallarını [email protected] elektron ünvanı vasitəsilə təşkilatçılara yönləndirə bilərlər. 

"Azercell Telekom” MMC hakatonun bütün iştirakçılarına uğurlar arzu edir!



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->