Video 17:54 19.04.2023

“Azəriqaz”dan xəbərdarlıq - Ödəniş sistemləri işləməyəcək (VİDEO)

Aprelin 21-i saat 22:00-dan aprelin 22-si saat 10:00-a qədər, həmin gün saat 22:00-dan aprelin 23-ü saat 10:00-a qədər Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Qəza Çağrı Xidməti şöbəsinin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlər görülməsi ilə əlaqədar ödəniş sistemləri işləməyəcək, eləcə də 104/185 qısa yığım nömrələrinə zənglər daxil olmayacaq.

Bu barədə Qaynarinfo-ya "Azəriqaz"dan məlumat verilib.

Bildirilir ki, 21 aprelə qədər balansında kifayət qədər qaz olmayan abonentlər mütləq qaydada smart-kartlarına yükləmə etməlidir:

"Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı Mərkəzinin 077 3 104 104 "Whatsapp" nömrəsi və azeriqaz.az saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər. Ünvanlanan bütün müraciətlərlə bağlı mütləq qaydada Çağrı Mərkəzinin əməkdaşları geri zəng edəcək".