Foto 11:10 13.10.2022

“Azəriqaz”ın 15 əməkdaşı təltif edildi (FOTOLAR)

"Bu gün kəndlərin qazlaşdırılması prosesində sizin əziyyətiniz danılmazdır. Odur ki, SOCAR "Azəriqaz” İB rəhbərliyinin hər zaman diqqətindəsiniz”.

Qaynarinfo xəbər verir ki, bunu Birliyinin baş direktorun əməyin mühafizəsi  üzrə müavini Ceyhun Şıxəliyev Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşü zamanı qeyd edib.

O, baş direktorun adından nəzarətçi-çilingərlərə təşəkkür edib.

Daha sonra Ceyhun Şıxəliyev Salyan RQİİ-nin xidmət sahələrində çalışan ümumilikdə 15 əməkdaşı SOCAR "Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb, onlara işlərində uğurlar arzulayıb.