Ekonomiks 10:32 19.12.2022

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

‌Növbəti həftə (20-23.12.2022 tarixləri) daha 4 rayonda Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 2-ci günü saat 13:00-dan 14:00-dək İsmayıllı  rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Ağsu rayonunda (Bayraq Meydanı), 4-cü günü  saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq  Muzeyi), 5-ci günü saat  11:00-dan 12:00-dək isə Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.