Ekonomiks 15:45 21.10.2023

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir

Növbəti həftə (23, 24, 26 və 27 oktyabr tarixləri) daha 1 şəhər və 3 rayonda saat 11:00-dan 12:00-a dək "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası keçiriləcək. 

Aksiya həftənin 1-ci günü Lənkəran şəhərində (Qəni Vəliyev adına Mədəniyyət Mərkəzinin qarşısı), 2-ci günü Masallı rayonunda (Xəlfələr kəndi, kənd məscidinin qarşısı), 4-cü günü Biləsuvar rayonunda (Heydər Əliyev adına Mərkəzi Park), 5-ci günü isə Astara rayonunda (R.Camalov adına 7 saylı orta məktəbin qarşısı) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.