Ekonomiks 09:41 07.08.2023

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Beyləqanda keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüş Beyləqan rayonunda keçiriləcək.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Beyləqan rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” avqustun 9-da saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.