Ekonomiks 09:59 13.08.2023

Bakı-Dehli reysini yerinə yetirən təyyarə geri qayıtdı

"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-5001 Bakı-Dehli reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Qaynarinfo xəbərə verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarə yerli vaxtı ilə saat 02:50-də Bakı hava limanına uğurla eniş edib.
Reysin sərnişinləri Dehli şəhərinə digər təyyarə ilə 06:25-də yola düşüblər.