Ölkə 19:35 02.12.2022

Bakı metrosunda gecikmə sıxlığa səbəb oldu: Sərnişinlər qatara minə bilmir (Açıqlama)

Metronun Həzi Aslanov istiqamətində qatarlar gecikir.

Qaynarinfo xəbər verir ki intervalın artması metroda ciddi sıxlığa səbəb olub. Metronun İnşaatçılar, Elmlər Akademiyası və digər stansiyalarında sərnişinlər 30-40 dəqiqədir qatara minə bilmir.
 
Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov gecikmə ilə bağlı Qaynarinfo-ya bildirib ki, gecikmənin səbəbi məhz hərəkətin təşkili ilə bağlıdır.
 
""Nizami" stansiyasında yol infrastrukturuna baxış keçirilir. Amma bu xətdə qatarların hərəkətinə ciddi təsir etmir. Ümumən, ənənəvi gur axın olan stansiyalarda sıxlıq müşahidə olunur.  "İnşaatçılar-Nizami" sahəsində hərəkətin təşkilində xüsusi qayda var. Bir stansiyadan qatar çıxmasa, digərindən qatar hərəkətə gəlmir. Qapını tutub, saxlayıb bağlanmağa qoymayanda, əvvəlki stansiyadan qatar çıxmır.