Xəbər lenti

Ölkə 09:08 24.02.2024

Bakı-Qazax yolunda mikroavtobus yük maşını ilə toqquşdu: Ölən və xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qaynarinfo report-a istinadən xəbər verir ki, Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan "Mercedes Vito” markalı mikroavtobus QAZ-53 markalı kiçiktutumlu yük maşını ilə toqquşub. 

Hadisə nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri, 1965-ci il təvəllüdlü X.İsayeva və 1985-ci il təvəllüdlü V.Babayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->