Ölkə 11:03 02.11.2023

Bakı-Sumqayıt qatarında problem: Sərnişinlərin başına su damdı (VİDEO)

Bu gün səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı elektrik qatarında problem yaşanıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti”nə məlumat daxi olub.

Sərnişinlərin dediyinə əsasən, səhər 08:50-da Bakıya çatmalı olan qatarın vaqonlarından birində sərnişinlərin üzərinə su damıb.

Belə ki, yol boyu su damcıları gah artıb, gah da azalıb. Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə verilən məlumata görə, problemə səbəb havalandırma sistemində yaranmış xırda nasazlıq olub.

Görüntüləri olduğu kimi təqdim edirik: