Ölkə 23:55 17.10.2023

Bakıda 11 yaşlı uşağı bıçaqlayan şəxsin istintaqı bitdi

Bakıda 11 yaşlı uşağı bıçaqlayan şəxslə bağlı istintaq işi yekunlaşıb.
 
Qaynarinfo-nun məlumatına görə, bu ilin iyun ayında 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Həsənov Sərkar Ağamirzə oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində 2012-ci il təvəllüdlü Məmmədli Ömər Rufis oğlunu aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb.

Hadisədən dərhal sonra Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılıb və Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə təqsirləndirilən şəxsə ittiham irəli sürülüb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, hələlik hakim təyin edilməyib.

Əhməd