Ekonomiks 16:33 07.11.2023

Bakıda çalışanların orta aylıq maaşı açıqlandı - 1174,7 manat

Bakıda çalışanların orta aylıq əməkhaqqısı açıqlanıb.

Bu barədə Qaynarinfo-ya Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, 2023-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artıb.

Rəsmi məlumata görə, hazırda paytaxt əhalisinin orta aylıq maaşı 1174,7 manat təşkil edir.