Ekonomiks 17:33 08.02.2024

Bakıda marşrut avtobusu ağır qəzaya düşdü (VİDEO)

Bu gün Bakı Olimpiya Stadionunun qarşısındakı tuneldə marşrut avtobusu ağır qəza törədib.

"Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonu ərazisində 173 saylı marşrut xətti üzrə xidmət göstərən "Daewoo” markalı avtobus yük avtomobilinə çırpılıb. Nəticədə avtobus tamamilə yararsız hala düşüb.

Hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik: