Ölkə 20:51 11.05.2022

Bakıda qəza körpüdə tıxaca səbəb oldu

Bakıda qəza tıxaca səbəb olub.

Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində baş verib.

Yol kəsişməsindən üzü Ziya Bünyadov prospekti istiqamətindəki körpüdə qəza səbəbindən tıxac yaranıb.

Hal-hazırda DYP əməkdaşları hərəkəti tənzimləyirlər.