Xəbər lenti

Dünya 19:51 02.08.2023

Baş naziri məşhur rok qrupunun solistini məhkəməyə verdi (VİDEO)

İtaliyanın baş naziri Corciya Meloni Britaniyanın "Placebo” rok qrupunun solisti Brayan Molkonu təhqir və böhtana görə məhkəməyə verib.

Bu barədə Qaynarinfo "La Repubblica"ya istinadən xəbər verir.
 
Nəşr xatırladır ki, bundan əvvəl Turində Sonic Park festivalında konsert zamanı Molko səhnədən Melonini "irqçi" və "faşist" adlandırıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimiyyət nümayəndəsinə hörmətsizlik faktı ilə bağlı araşdırmalara başlayıb.

Bir neçə gün əvvəl İtaliya baş nazirinin vəkilləri böhtana görə məhkəməyə müraciət ediblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->