Ölkə 12:40 25.07.2023

Baş prokuror: "28 şəxs cinayət başında yaxalanıb"

"Bu il 28 şəxs cinayət başında yaxalanıb".

Qaynarinfo xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılmış, keçirilmiş 19 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanmış, habelə 18 nəfər axtarışda olan şəxs saxlanılıb.

Həmçinin, bildirilib ki, birinci yarımil ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən "161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2700 müraciətdən 43-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.