Dünya 11:11 01.03.2024

Baxmut və Avdeyevka bölgəsində nə baş verir? - ISW-nin təhlili

Rusiya əsgərləri davam edən mövqe döyüşləri şəraitində Baxmutdan qərbə doğru irəliləyiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir

Analitiklər qeyd ediblər ki, rus hərbi zabitləri guya İvanovskoyedəki qüvvələrindən daha çox irəlilədiklərini və hazırda qəsəbənin yarısına və ya çoxuna nəzarət etdiklərini bəyan ediblər. Bununla belə, ISW bu iddiaların heç bir vizual təsdiqini görmədiyini vurğulayıb.

Bundan əlavə, hesabatda işğalçıların Avdeyevkadan qərbə doğru irəlilədiyi bildirilir. Geolokasiya edilmiş kadrlar göstərir ki, rus qoşunları Stepovoydan cənub və cənub-qərbə və Lastoçkinodan şimal-qərbə doğru irəliləyib. Eyni zamanda, İnstitut rus təbliğatçılarının Berdiçi və Tonenkini, həmçinin Orlovkanın çoxunu və ya hamısını ələ keçirdiklərini elan etdiyini bildirib. Bununla belə, davam edən şiddətli döyüşlər fonunda ISW bu yaşayış məntəqələrinin ruslar tərəfindən tutulduğunu təsdiqləməyib.

Ruslar həmçinin davam edən mövqe döyüşləri fonunda Donetskdən qərbə doğru irəliləyiblər. Bu istiqamətdə rus hərbi komandirləri də "qələbə” barədə məlumat veriblər - guya onların qoşunları Krasnoqorovkaya doğru irəliləyiblər, amma əslində Ukrayna Silahlı Qüvvələri kəndə daxil olduqdan bir neçə saat sonra rus qoşunlarını Krasonoqorkadan qovub.

Alpər