Mayın 18-də ABŞ prezidenti Co Bayden İsveç və Finlandiya liderləri ilə görüşəcək. İclasın mövzusu NATO-ya üzvlük üçün ərizələrin verilməsi və Ukraynaya yardım olacaq.
Co Bayden Ağ Evdə İsveçin baş naziri Maqdalena Andersonu və Finlandiya prezidenti Sauli Niinistönü qəbul edəcək.
"ABŞ prezidenti, İsveçin baş naziri və Finlandiya prezidenti Avropa təhlükəsizliyi, eləcə də bir sıra qlobal məsələlər üzrə yaxın tərəfdaşlığımızın gücləndirilməsi və Ukraynaya dəstəyimizi müzakirə edəcəklər", deyə Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.
Nizami Bağırov
Şərhlər