Video 16:22 30.11.2022

Bayden İran üzərində qələbəyə belə reaksiya verdi: "ABŞ! ABŞ! Bu böyük oyundur, uşaqlar" (VİDEO)

ABŞ prezidenti Co Bayden ölkəsinin milli komandasını İran üzərində qələbə (1:0) və Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlməsi münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, Baydenin rəsmi "Twitter" hesabında ABŞ komandasını təbrik edən video yayımlanıb.

ABŞ-ın İran üzərində qələbəsi zamanı Bayden Miçiqan ştatının Bey Siti şəhərində səfərdə olub və burada "SKI Siltron CSS" yarımkeçirici zavodunda çıxış edib.

Matçın nəticəsini öyrənən ABŞ prezidenti səhnəyə qayıdıb və bütün iştirakçıları qələbə münasibətilə təbrik edib, müsbət nəticəyə inandığını, oyundan əvvəl futbolçular və məşqçi Qreq Berholterlə söhbət etdiyini bildirib.

"ABŞ! ABŞ! Bu böyük oyundur, uşaqlar. Məşqçi və futbolçularla danışanda dedim: siz bacaracaqsınız! Və bunu etdilər. Allah onları sevir. Beləliklə, mən sadəcə sizə maraqlı olacağını düşündüm ", deyə Bayden qeyd edib.

Nizami Bağırov