Xəbər lenti

Dünya 15:30 14.03.2024

Bayden Netanyahunu qucaqlayaraq "strateji səhv" etdi

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu qucaqlayaraq "strateji səhvə” yol verib.

Qaynarinfo "The Guardian”a istinadən xəbər verir ki, bunu Konqresdə əsas demokratlardan biri və seçki kampaniyasında Baydenin müavini Ro Xanna deyib.

"Netanyahunu ayısayağı qucaqlamaqla (2023-cü ilin oktyabrında) strateji səhv idi” deyən Ro Xanna İsrail liderini Qəzza zolağında ABŞ-a meydan oxuyaraq "əzazil müharibə” aparmaqda ittiham edib.

Hanna həmçinin Netanyahunu Baydenlə sanki ona "bərabər” kimi apardığı üçün "dözülməz dərəcədə təkəbbürlü” adlandırıb.

"İlk altı həftə ərzində atəşkəsi dəstəkləmədim. Düşündüm ki, İsrail gedib 7 oktyabr hücumlarına görə məsuliyyət daşıyanları tapacaq. Lakin onlar qaçqın düşərgələrini, xəstəxanaları bombalamağa, ABŞ-a meydan oxumağa və yardıma imkan verməməyə başladılar”, - Xanna bildirib.

Xanna deyib ki, əgər İsrail kursunu dəyişməsə, Bayden "Netanyahu üçün aydın nəticələri” açıqlamalıdır.

Martın 10-da ABŞ prezidenti Co Bayden bildirib ki, Benyamin Netanyahu Qəzza zolağı ilə bağlı hərəkətləri ilə İsrailə kömək etməkdən daha çox zərər verir. Onun sözlərinə görə, bu, bütün dünyanı Tel-Əvivə qarşı yönəldir.

Bundan əlavə, Bayden Ramazan ayının əvvəlində İsrailin Rəfah şəhərinə hücumunun "qırmızı xətt” olacağını vurğulayıb.

Buna cavab olaraq Netanyahu ABŞ prezidentinin bəyanatlarının əksinə olaraq İsrail ordusunun Rəfaha hücumunu davam etdirəcəyini bildirib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?