Xəbər lenti

Dünya 13:32 17.03.2024

Bayden: "Putin Avropaya doğru irəliləyir, Tramp ona baş əyir"

ABŞ prezidenti Co Bayden deyib ki, Amerikanın keçmiş lideri Donald Tramp guya Rusiya dövlət başçısı Vladimir Putinə baş əyir. 

Qaynarinfo Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu fikri nüfuzlu "Gridon" jurnalist klubunda keçirilən qala şam yeməyində deyib.

Çıxışında Bayden, Birliyin vəziyyəti ilə bağlı müraciətində söylədiklərini qeyd etdi ki, bu, demokratiya üçün tarixdə görünməmiş bir məqamdır.

"Demokratiya və azadlıq sözün əsl mənasında hücuma məruz qalır. Putin Avropaya doğru irəliləyir. Sələfim isə ona baş əyərək deyir: "Nə istəyirsən et", deyə ABŞ prezidenti bildirib.

Bayden qeyd edib ki, qapalı şam yeməyində Estoniyanın baş naziri Kaya Kallas və Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova iştirak edir.

"Biz əyilməyəcəyik, onlar əyilməyəcək, mən də əyilməyəcəyəm", deyə Amerika lideri əlavə edib.

O, həmçinin bildirib ki, ABŞ prezidentliyinə namizədlərdən biri çox yaşlı və ruhi xəstədir, digər namizəd isə özüdür.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?