Xəbər lenti

Dünya 12:39 08.03.2024

Bayden: "Putinə güzəştə getməyəcəyik, lakin ABŞ qoşunları Ukraynaya göndərilməyəcək"

ABŞ prezidenti Co Bayden xalqa illik müraciətində deyib ki, Vaşinqton Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcək. Eyni zamanda, Ağ Ev rəhbəri amerikalı hərbçilərin döyüş bölgəsinə göndərilməsini istisna edib.

Qaynarinfo xəbər verir ki, Baydenin sözlərinə görə, onun administrasiyası Kiyevə hərbi və maliyyə yardımının ayrılmasına dair yeni qanun layihəsini imzalamaq üçün Konqresdən razılıq almalıdır. 

ABŞ prezidenti vurğulayıb ki, Qərb Vladimir Putinin hücumundan əvvəl geri çəkilməyəcək və əyilməyəcək.

Bundan əlavə, Amerika lideri Konqresə xatırladıb ki, Birləşmiş Ştatlar Azad Dünyanın başındadır, ona görə də onlara uduzmaq olmaz, çünki bu, Qərb ölkələrinə zərər vermək istəyənləri ruhlandıracaq. Prezident həmçinin hesab edir ki, NATO qoşunlarının Ukrayna ərazisinə göndərilməsi həddən ziyadə tədbirdir.

Xatırladaq ki, bir qədər əvvəl də Bayden administrasiyası ABŞ-ın döyüş bölgəsinə qoşun göndərməyəcəyini bildirib. Fevralda bunu NATO-nun baş katibi Yens Stoltenberq, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Rişi Sunak da bəyan ediblər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?