Xəbər lenti

Dünya 17:56 18.05.2023

Belarus üçün “X saatı” başlayır: Lukaşenko ölərsə... - Ekspert

"Belarusun Lukaşenkodan sonra demokratikləşəcəyinə şübhə ilə yanaşıram”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyyasi şərhçi Arif Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkonun xəstəliyi fonunda bu ölkədə Qərbpərəst hakimiyyətin formalaşması ehtimalından danışarkən deyib.

Arif Əliyevin fikrincə, indiki halda Qərbin Belarus seçkilərinə təsir etmək imkanları çox aşağı səviyyədədir:
 


"Rusiyanın Belarusa təsir imkanları həddən artıq böyükdür. Moskva Belarusun bütün spektrinə təsir etmək gücündədir. O cümlədən ordu sahəsinə... Hazırda ordakı vəziyyət iki il əvvəlki əvvəlki sutiasiya deyil. İki il əvvəl bu ölkədə seçkilər keçirilərkən situasiya bir qədər fərqli idi. Həmin dövrdə də Rusiyanın təsiri güclü olsa da, indiki halda bu təsir daha güclüdür. 

Lukaşenko öləcəyi təqdirdə, Belarusda bu dəfə keçiriləcək seçkilər xeyli dərəcədə mürəkkəb və ağrılı bir proses olacaq. Qərbin indiki halda iki il əvvəlki ilə müqayisədə Belarus seçkilərinə təsir etmək imkanları çox aşağı səviyyədədir. Bunun əksinə, Rusiyanın təsir imkanları isə daha da artıb. Belarus müxalifətinə ciddi zərbə endirilib. Hazırda ölkə müxalifəti iki il bundan əvvəlki ilə müqayisədə xeyli dərəcədə parçalanıb və dağınıq vəziyyətdədir”. 

Qeyd edək ki, Moskvada keçirilən 9 may paradından sonra Belarus prezidenti Aleksandr Lukaşenko xeyli müddət ekranlarda görünmədi. Bu fonda da onun ağır xəstələndiyi barədə məlumatlar yayıldı. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->