Dünya 14:23 10.01.2023

Belarusun Ukraynada müharibəyə qoşulacaqmı? - Pentaqondan açıqlama

Pentaqon bildirib ki, Belarus və Rusiyanın birgə taktiki uçuş təlimlərində respublikanın Ukraynada müharibəyə qoşulmasının əlamətlərini görmürlər. 
 
Bu barədə Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir.

"Bildiyimiz kimi, Rusiya və Belarus birgə təlimlər keçirirlərəcək. Biz Belarusun münaqişəyə girmək niyyətində olduğuna dair heç bir əlamət görmürük”, - deyə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder brifinqdə bildirib.

"Biz sadəcə olaraq inanırıq ki, bu, sadəcə, belaruslar və ruslar üçün davamlı təlimdir”, - o vurğulayıb.

Bundan əvvəl Belarusun Müdafiə Nazirliyi İttifaq  Dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi çərçivəsində Belarus və Rusiya qoşunlarının (qüvvələrinin) regional qrupunun yaradılmasını elan edib. "Rusiya Federasiyası silahlı qüvvələrinin şəxsi heyəti, silahları, hərbi və xüsusi texnikası Belarus Respublikasına gəlməkdə davam edəcək. Belarus Respublikasının poliqonlarına gələn bölmələrlə gələcək döyüş əlaqələndirmə fəaliyyətləri planlaşdırılır", - hərbi idarədən bildirilib.

Alpər