Xəbər lenti

Dünya 17:32 05.10.2023

Belçika Avropanın ən böyük “Alibaba” mərkəzini yoxlayır - Casusluq

Belçika xüsusi xidmət orqanları Çinin "Alibaba” şirkətinin Avropanın ən böyük logistika mərkəzini casusluq fəaliyyəti ilə bağlı yoxlayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Belçika Dövlət Təhlükəsizliyi Xidmətinin (VSSE) nümayəndələri qəzetə bildiriblər ki, onlar "Alibaba” da daxil olmaqla” bir sıra qurumlar tərəfindən "mümkün casusluq və yaxud müdaxilə fəaliyyətlərini” müəyyən etməyə çalışırlar.

"Alibaba”nın "Cainiao” logistika mərkəzi Avropada beşinci ən böyük Lyej yük hava limanında yerləşir. 2018-ci ildə mərkəzin açılması ilə bağlı Belçika hakimiyyətiylə müqavilə imzalanıb və o, iki il əvvəl fəaliyyətə başlayıb. Layihə çərçivəsində Çin şirkəti Belçikanın Valloniya regionunun iqtisadiyyatına 100 milyon avro sərmayə qoyub. Logistika mərkəzi AliExpress onlayn mağazası vasitəsilə avropalı istehlakçıların aldığı malları emal edir. Mərkəzin sahəsi 30 min kvadratmetrdir. İndi isə "Cainiao” şirkəti onu 100 min kvadratmetrə çatdırmağa çalışır. 

VSSE nümayəndələrinin sözlərinə görə, "Alibaba”nın mövcudluğu Çin şirkətlərini öz kommersiya məlumatlarını Çin səlahiyyətliləri və kəşfiyyat orqanlarına ötürməyə məcbur edən qanunlara görə xüsusi xidmət orqanlarının "diqqətini çəkir”. 

VSSE qeyd edib ki, "Çinin bu cür məlumatlardan qeyri-kommersiya məqsədləri üçün istifadə etmək niyyəti və imkanı var". Bundan əlavə, iyul ayında Belçikada kritik infrastruktura xarici investisiyalara nəzarət haqqında yeni qanun qüvvəyə minib. Avropalı ekspertlər zəif yerlərdən biri kimi "Cainiao”nun logistik əməliyyatları sadələşdirmək üçün istifadə etdiyi proqram təminatını qeyd edirlər. Azad Amsterdam Universitetinin professoru Yonatan Holslaqa görə, ən böyük narahatlıq platformanın Çin tərəfinə "təchizat şəbəkələrini və potensial zəif yerləri" müəyyən etməyə imkan verilməsidir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->