İdman 22:15 08.02.2023

Belçika yığmasının yeni baş məşqçisi Azərbaycanı güclü rəqib adlandırdı

Belçika yığmasının yeni baş məşqçisi Domeniko Tedesko Azərbaycan millisini güclü rəqib adlandırıb.

"Report"un məlumatına görə, almaniyalı mütəxəssis bunu RTBF-ə açıqlamasında 2024-cü il Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları komandalar barədə danışarkən deyib.

O bildirib ki, ilk hədəf final mərhələsinə vəsiqə qazanmaqdır: "Asan olmayacağını bilmirəm. Çünki çox güclü rəqiblərlə qarşılaşmalıyıq. Lakin əla komandamız var. İnanıram ki, biz bunu bacaracağıq".

İtaliyalı baş məşqçi "qırmızı şeytanlar"la AVRO-2024-ün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin F qrupunda Belçika yığması ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.