Ölkə 19:09 13.05.2023

Belçikada azərbaycanlı kişi itkin düşüb

Belçikada azərbaycanlı itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, Azərbaycan vətəndaşı olan 34 yaşlı Məmmədov Nizami İbrahim oğlu mayın 8-də naməlum istiqamətdə gedərək, bir daha geri qayıtmayıb.

Onun bir müddət əvəvl yol qəzası keçirdiyi və nəticədə başından xəsarət aldığı bildirilir. Qeyd olunur ki, qəza səbəbilə N. Məmmədovda yaddaş pozğunluğu yaranıb.