Dünya 16:43 10.03.2023

Belqorodun həkimləri Putindən Ukraynanın vurulmasını dayandırmağı xahiş etdilər

Belqorod həkimləri cavab zərbələrindən ehtiyat etdiklərinə görə qubernator və Rusiya Federasiyası hökumətindən Ukraynanı vilayət ərazisindən atəşə tutmağı dayandırmağı xahiş ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə martın 10-da Nexta Live Telegram kanalı məlumat yayıb.

Həkimlər qonşu dövlətə hücumların olduğunu etiraf ediblər. Strukturun rəhbəri Jarko Anna Georgiyevna bütün rəsmilərdən Rusiya ərazisindən raket hücumlarının dayandırılmasını xahiş edib.
 


Eyni zamanda o qeyd edib ki, heç kim "xüsusi hərbi əməliyyata” və ukraynalıların öldürülməsinə qarşı deyil. O, Rusiya hökumətinin diqqətini Ukraynaya qarşı növbəti təcavüz halında bütün Rusiya boyu cavab tədbirlərinin mümkünlüyünə çəkib. Yerli sakinlər əziyyət çəkə biləcəklərindən qorxurlar.

"Vilayətimiz yaxınlığına görə cavab atəşi altındadır”, - deyə Jarko bildirib.

Belqorod vilayətinin Həkimlər Assosiasiyasının rəhbəri qeyd edib ki, uşaqlar və valideynlər "bu vəziyyətdə girovdurlar”. O, bu problemi mümkün qədər tez həll etməyə və vəziyyətə təsir göstərməyə çağırıb.

Nizami Bağırov