Xəbər lenti

İdman 12:58 31.01.2024

Benzema Ronaldonun komanda yoldaşı ola bilər

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun fransalı futbolçusu Kərim Benzema qış transfer pəncərəsində klubu tərk etməyəcək.

Qaynarinfo bu barədə "The Athletic"ə istinadən xəbər verir.

Klub Benzemanı karyerasına başladığı Fransanın "Lion"una icarəyə vermək istəyib, lakin keçid baş tutmayıb.

"L'Equipe" isə yazır ki, Benzema Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nasr"la danışıqlar aparır. Fransız forvard "Əl İttihad"da qalmaq istəmir və başqa komandaya keçmək variantını nəzərdən keçirir.

Dekabrın sonunda Benzema Səudiyyə Ərəbistanını tərk eib. O, "Əl İttihad”ın son məşqini buraxıb. Futbolçunun gedişinin səbəbləri barədə məlumat verilməyib. O da məzuniyyətdən sonra komandanın iclasına gəlməyib və cəzalandırılıb.

Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->