Xəbər lenti

İdman 21:07 06.04.2024

Benzema: "Tək başıma qalib gələ bilmərəm"

Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunun hücumçusu Kərim Benzema İspaniyada yüksək səviyyəli komanda yoldaşlarının əhatəsində olduğu üçün "Real Madrid"də göstərdiyi performansı təkrarlaya bilmədiyini deyib. 

Qaynarinfo xəbər verir ki, onun fikirlərini jurnalist Fabrizio Romano sosial şəbəkələrdə dərc edib.

"Mən "Real Madrid"də olan eyni Benzema deyiləm, çünki burada oyun fərqlidir, oyunçular fərqlidir. Meydanda köməyə ehtiyacım var, çox şeyə ehtiyacım var. Mən tək başıma matçlarda qalib gələ bilmərəm", deyə Benzema bildirib.

Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Cari mövsümdə hücumçu ümumilikdə 26 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Benzema bundan əvvəl 14 il "Real Madrid"də çıxış edib. Forvard 4 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya kubokunun, 5 dəfə Çempionlar Liqasının qalibi olub.

"Əl İttihad" Səudiyyə Ərəbistanı çempionatında 47 xalla dördüncü pillədə qərarlaşıb. Turnirin lideri 77 xalla "Əl-Hilal"dır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->