Xəbər lenti

Ölkə 16:48 26.09.2023

Bərdədə binada partlayış: Xəsarət alanlar var

Bərdə rayonunda çoxmənzilli yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub.

"Report"un əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə 13 saylı binada qeydə alınıb.

Partlayışın ev sahibinin qaz borusunda apardığı təmir işləri zamanı baş verdiyi deyilir.

Qeyd edək ki, hadisə zamanı ev sahibi Cəfərov Sadiq Allahverdi oğlu və həyat yoldaşı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?