Xəbər lenti

Dünya 13:22 22.04.2024

Berlin və Hamburqda banklarda partlayışlar baş verdi

Yerli vaxtla saat 03:00-də (Bakı vaxtı ilə 05:00) naməlum şəxslər Berlinin Zehlendorf rayonunda "Santander” bankının filialını partladıblar. Cinayətkarlar pul oğurlamaq üçün bankomatı partladıblar. Lakin partlayış o qədər güclü olub ki, bank filialı tamamilə məhv edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Bild yazır.

Yaxınlıqdakı mağazanın da şüşələri qırılıb. Yerli sakinlər səs-küydən yuxudan ayılıblar. Şahidlərin sözlərinə görə, oğrular iki nəfər olub. Nağd pulu aparıblar, əskinasların bir hissəsi səkidə dağıntılar arasında qalıb. Polis cinayətkarları Zehlendorfda, o cümlədən helikopterlə axtarsa da, nəticəsi olmayıb. Ötən həftə paytaxtın Veddinq məhəlləsindəki bankomat da analoji qaydada partladılıb. 

Hamburq yaxınlığında Şönefeld şəhərində yerli vaxtla səhər saat 03:07-də "Sparkasse” bankının iki filialındakı bankomatlar partladılıb. Filiallara xeyli ziyan dəyib. Bu, həm də son zamanlar Hamburqda baş verən ilk belə cinayət halı deyil. Cinayətkarlar axtarılır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->