Video 16:10 01.10.2023

Beyləqanın iki kəndində yaşayış evlərini su basdı (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə yağan güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə məlumat daxil olub.

FHN-dən Qaynarinfo-ya bildirilib ki, məlumatla əlaqədar Nazirliyin müvafiq olaraq Qarabağ Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.