Dünya 20:21 17.03.2023

Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verdi

Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. Həmçinin Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə də order verilib.

Bu barədə Qaynarinfo məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verir .

"İddia olunur ki, Vladimir Putin əhalinin qanunsuz deportasiyası və Ukraynanın işğal olunmuş rayonlarından uşaqların Rusiya Federasiyasına qanunsuz keçirilməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır”, - məlumatda deyilir.

Eyni zamanda, Lvova-Belova da ukraynalı uşaqların Rusiya Federasiyasına qanunsuz deportasiyasında ittiham olunur.

"Əhalinin qanunsuz deportasiyası və Ukraynanın işğal olunmuş rayonlarından əhalinin Rusiya Federasiyasına qanunsuz olaraq ukraynalı uşaqların zərərinə köçürülməsi kimi hərbi cinayətə görə hər bir şübhəlinin məsuliyyət daşıdığını düşünmək üçün ağlabatan əsaslar var”, - məlumatda deyilir. 
Məhkəmə qərara alır ki, orderlər zərərçəkmişlərin və şahidlərin müdafiəsi və istintaqın təhlükəsizliyi üçün məxfiləşdirilib.

"Lakin nəzərə alsaq ki, bu vəziyyətdə sözügedən davranış davam edir və orderlər barədə ictimaiyyətin məlumatlandırılması növbəti cinayətlərin qarşısını almağa kömək edə bilər”, - bəyanatda deyilir.

Nizami Bağırov