Beynəlxalq Cinayət Məhkəməsinin 42 müstəntiqi Ukraynaya gələcək. Onlar Ukraynda baş verən hərbi cinayətləri araşdıracaqlar.
Qaynarinfo bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın "Le Monde”a müsahibəsinə istinadən xəbər
verir.
Onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsi Polşa, Litva və Ukraynanın yaratdığı birgə qrupla əməkdaşlıq müqaviləsi bağlayıb. Müstəntiqlər gələn həftə Ukraynaya yola düşəcəklər.
"Gələn həftə 42 müstəntiq Ukraynaya göndəriləcək. Bu, mənim idarəmin indiyə qədər göndərdiyi ən böyük ezamiyyət qrupudur", deyə Xan bildirib.
Tezliklə Ukraynaya gələnlər arasında Niderlanddan 30 mütəxəssis - məhkəmə ekspertləri və analitiklər olacaq.
O əlavə edib ki, məhkəmə heç bir tərəfin mövqeyini tutmur. Müstəntiqlər hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək edəcək müstəqil araşdırma aparacaqlar.
Nizami Bağırov
Şərhlər